BAKI, 7 iyun. TELEQRAF

Azərbaycanda polis əməkdaşları tərəfindən itkin düşən şəxslərin tapılması üçün tədbilər davam etdirilir.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyunun 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılib və aidiyyəti üzrə təhvil verilib.