BAKI, 20 may. TELEQRAF

Bu gün saat 15:00 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hər iki pasiyentə başın küt travması diaqnozu təyin edilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Məryəm Surxay

***

15:22

GƏNCƏ, 20 may. TELEQRAF

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 20 yaşlı Fərmayıl Hüseynov və 21 yaşlı Murad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs yaxınlıqdakı xəstəxananalardan birinə çatdırılıb. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəzanın səbəbləri araşdırılır.