Cəlilabad rayonunda 2 minik avtomobili toqquşub.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki,hadisə rayonun Alar kəndində baş verib.
Belə ki, hərəkətdə olan iki "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Hadisə nəticəsində xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Hazırda onların sağlamlıq vəziyyətinin sabit olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.