Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, motosiklet yolu keçən 2007-ci il təvəllüdlü Talıbova Zülfiyyə Atif qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.