Polşanın cənub-qərbindəki Opole bölgəsində fərdi evdə istilik nasosunun partlayıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 17:00) yanğınsöndürmə xidmətinə fərdi yaşayış binasında qaz partlayışı barədə məlumat daxil olub.

İki nəfər hadisə yerində ölüb, üç nəfər yaralanıb. Yanğınsöndürənlər alovun qarşısını ala biliblər. Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.