Astara rayonunda atasını qətlə yetirməkdə ittiham olunan 36 yaşlı Rühəngiz Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nahid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 24-nə təyin edilib.
Qeyd edək ki, bu ilin avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini, 71 yaşlı Qubad Əliyev yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən vəfat edib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.