Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əyricə kəndində qeydə alınıb.

Rayon sakini İsmayıl Ərşadlı idarə etdiyi “Khazar SD” minik markalı avtomobili ilə hərəkətdə olarkən​ Yeni Əyricə kənd sakini, 1997-ci il təvəllüdlü İsrayıl Əmirovu vurub.

İsrayıl Əmirov Bərdə Müalicə və Diaqnostika Mərkəzinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.