Bakının Yasamal rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, noyabrın 19-da saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində yolu keçən əcnəbi vətəndaş H.Naimi müəyyən edilməyən avtomobillə vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən olunub və sürücü, Bakı şəhər sakini Elcan Vəliyev avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.