Lənkəran şəhərinin Seyidkəran kəndində yanğın olub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib

Belə ki, ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.