Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında baş vermiş yanğın söndürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

15:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.