Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1997-ci il təvəllüdlü Məmmədov Kamran Azər oğlunun axtarışları başa çatıb.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
K.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.
Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.
***
10:27
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.
Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.