Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə və mətbəxinin taxtadan ibarət tavanı 5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.