Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan mənzildə 1 ədəd kreslo və 4 m² sahədə divar kağızı yanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.