Qəbələ rayonunun Yemişanlı kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı və çardağı 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.