Beyləqanda birmərtəbəli ev yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.