Bərdə rayonunun Cəyirli kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon sakini S.Ağalarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Z.Əliyevi vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.