Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bolsulu qəsəbəsi ərazisində Göyçay rayon sakini N.İsmayıllı idarə etdiyi “VAZ-21011” markalı avtomobili yol ayırıcısına vurub.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.