Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonunun Xaçınabad kəndi ərazisində Ağdam rayon sakini Fehruz Abdullayev idarə etdiyi traktoru ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.