Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Nizami kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 50-55 yaşlı kişi vurulub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.