Daxili İşlər Nazirliyi Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 7-də saat 15 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Murad Şərifov idarə etdiyi şəxsi “Saipa” markalı avtomobili yolun kənarında dayanmış şəhər sakini Ə.Soltanova məxsus “VAZ-2106” markalı avtomobilə vurub, zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil şəhər sakini Eldar Ələkbərova dəyib.

Nəticədə E.Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb, Ə.Soltanov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.