“Bu gün Milli Məclisə keçirilən seçkilərlə bağlı məntəqəmizdə seçici fəallığı normaldır”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Nərimanov 19 saylı DSK-nın 35 saylı məntəqəsinin sədri Əlövsət Mikayılov deyib. Onun sözlərinə görə, məntəqədə ümumilikdə 1305 seçici var: “Daşınan qutu ilə bağlı hələlik heç kim müraciət etməyib. Əminik ki, seçiciləri bu gün öz hüquqları çərçivəsində səsvermədə aktiv şəkildə iştirak edəcəklər".
Qeyd edək ki, bu məntəqədə "ELS" Müstəqil araşdırmalar Mərkəzi ekzit-pol keçirir.
Bəxtiyar