BAKI, 21 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trump Yaxın Şərqdə həyata keçirilən hərbi əməliyyatın məqsədlərinə çatmağa çox yaxın olduqlarını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Donald Tramp qeyd edib ki, ABŞ İrana qarşı yönəlmiş genişmiqyaslı hərbi fəaliyyətin mərhələli şəkildə dayandırılması imkanını nəzərdən keçirir.

ABŞ lideri həmçinin bildirib ki, Hörmüz boğazının təhlükəsizliyi əsasən ondan istifadə edən ölkələr tərəfindən təmin olunmalıdır. Onun sözlərinə görə, ABŞ bu marşrutdan istifadə etmir, lakin zərurət yaranarsa, dəstək verməyə hazırdır.

Qeyd edək ki, Donald Tramp daha əvvəl İranla bağlı münaqişədə atəşkəs istəmədiyini də açıqlamışdı.