“Astara” dövlət sərhədi vasitəsilə İrandan daha 9 xarici vətəndaş təxliyə olunub.
Teleqraf xəbər verir ki, növbəti təxliyə zamanı 3 Əlcəzair, 2 Avstraliya və 4 Hindistan vətəndaşı sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.
Təxliyə olunan vətəndaşlar müvafiq sənəd yoxlanışı və digər prosedurların yerinə yetirilməsindən sonra aidiyyəti qurumların nəzarəti altında sərhəd-keçid məntəqəsindən buraxılıblar.