BAKI, 18 noyabr. TELEQRAF
"Horovluya çatanda ilk ziyarət yerimiz dağıdılmış qəbiristanlığımız olacaq".
Teleqraf xəbər verir ki, bunu keçmiş məcburi köçkün İstəqim Balacayev doğma yurduna yola düşərkən jurnalistlərə açıqlamasında deyib.
"Horovlu yenidən tikilib, yenidən qurulub. Ora qayıtmaq çox həyəcanlıdır. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu günə şükürlər olsun", - o əlavə edib.