BAKI, 18 iyun. TELEQRAF

Türkiyənin Kahramanmaraş şəhərinin bələdiyyəsi Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin dəstəyi ilə tikilən “Azərbaycan” məhəlləsinin açılışı mərasimi ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, qurum bu barədə sosial media hesabında paylaşım edib.

“İyunun 19-da Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Azərbaycan” məhəlləsində yerləşən 250 mininci evin açarının təhvil verilməsi və püşkatma mərasimi keçirəcəyik. Bütün həmvətənlərimizi bu tarixi tədbirdə gözləyirik”, - paylaşımda deyilir.

Xatırladaq ki, 2023-cü ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə başlanan “Azərbaycan" məhəlləsinin tikintisi başa çatıb.