Moskva ümid edir ki, İrəvan və Bakı tezliklə sülh sazişini imzalayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “RİA Novosti”yə müsahibəsində deyib.
“Tərəflərin rəsmi bəyanatlarına əsasən, sülh müqaviləsi layihəsi praktiki olaraq razılaşdırılıb. Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı qeyd etdiyi kimi, Moskva onun imzalanmasına öz töhfəsini verməkdən məmnun olacaq. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək. Çünki bu, Cənubi Qafqazda sabit sülhə və firavanlığa nail olmaq baxımından mühüm addım olacaq”, - səfir bildirib.