
Rusiya tərəfinin guya öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı fərziyyələr həqiqətə uyğun deyil.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya sərhədçilərinin Ermənistanın beş rayonundan çıxarılmasının Bakı və İrəvan arasında razılaşmalar çərçivəsində həyata keçirildiyi barədə yayılan iddianın doğru olmadığını bildirib.
Zaxarova qeyd edib ki, Rusiya və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfinin xahişi ilə Azərbaycanla bir sıra həmsərhəd rayonlardan rus sərhədçilərinin çıxarılması müzakirə olunub.