Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ünvanına hədsiz və təxribatçı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Ermənistan rəhbəri Azərbaycanı “işğalçılıq”da ittiham edib.

“Azərbaycan mütəmadi olaraq 4 kənddən danışır, amma Ermənistanın 31 qeyri-anklav kəndinin - həyati əhəmiyyət daşıyan ərazilərinin öz işğalı altında olduğunu qəbul etmir. Yəni bu 4-31 qeyri-anklav kəndlərə aiddir”, - Paşinyan bildirib.

Təxribatçı ritorikasında bir az da irəli gedən Ermənistan baş naziri Azərbaycanı qoşunlarını adını çəkmədiyi “31 kənd”dən çəkməyə çağırıb.