Avropa Şurası Ermənistan-Azərbaycan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatdır.

Teleqraf.com xəbər verir ki, bunu sözügedən qurumun baş katibi Mariya Peyçinoviç-Buriç deyib.

“Ermənistan-Azərbaycan sərhədində atışma xəbərlərindən narahatıq. Tərəfləri güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Dialoq davamlı sülhün yeganə yoludur”, - baş katib bildirib.