Qərbdən Ermənistanın təklif etdiyi sülh müqaviləsini dəstəkləməyə hazır olduqları barədə mesajlar alırıq, Rusiyadan isə yox.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Gevorq Papoyan deyib.
Siyasətçi bildirib ki, Ermənistan Rusiyadan belə açıq bəyanatlar və siqnallar almır.
“Bizi o siqnallar maraqlandırır ki, Ermənistan ərazisinin 29.8 min kvadratkilometr olduğu bildirilsin, məsələnin həlli nə gələcək nəsillərə, nə də yeni müharibələrə buraxılsın. Məsələ indi həll edilməlidir. Mənim üçün yolların açılmasından, Ermənistanın yollarının suverenliyindən və yurisdiksiyasından danışan impulslar önəmlidir”, - Papoyan vurğulayıb.