“Ermənistan və Azərbaycan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması zəruridir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Nazir iki ölkə arasında nəqliyyat xətlərinin və ya dəhlizlərinin açılmasından da danışıb.

“Biz həmçinin bərabərlik, suverenliyin qarşılıqlılığı prinsiplərinə əsaslanan kommunikasiyaların açılmasında, bununla da sülh qovşağının yaradılmasında maraqlıyıq”, - Mirzoyan bildirib.