Bu, açıq şəkildə hərbi cinayətdir və Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilməkdədir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Gəncə şəhərində raketin düşdüyü məntəqə göz qarşısındadır. Xoşbəxtlikdən raket partlamayıb, amma yola zərər vurub. Cenevrə Konvensiyasının qaydalarına əsasən hərbi münaqişə zamanı mülki insanların hədəfə alınması cinayətdir. Bu, Azərbaycan xalqının vətən müharibəsidir. 30 ildir ki, biz bu işğalçılığa dözürdük. Əldə etdiyimiz nailiyyətlərin fövqündə Ermənistan acizliyini göstərərək bu addımlara əl atır. Azərbaycanın əzmi çox yüksəkdir", - H.Hacıyev qeyd edib. .
Onun sözlərinə görə, hər kəs ali baş komandanın əmrinə hazırdır: "Qələbələrimiz bundan da artıq olacaq. Azərbaycan ordusunun bu gücünü görərək Ermənistan tərəfindən qorxaqcasına bu addımlara əl atılır. Ordumuz düşmənin hərbi resurslarını məhv edir. Ermənistanın öz ərazisindən də bu zərbələr həyata keçirilir. Onlar xarici medianı toplayaraq Xankəndidə yanğınların olduğunu bildirirlər. Xankəndidə hərbi resursları məhv edilir. Azərbaycan Respublikası işğal olunmuş ərazilərin azad olması istiqamətində səyləri davam etdirir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın başçılığı altında mübariz həmlələrini davam etdirirlər. Onlara bu işlərində uğurlar arzulayırıq".