BAKI, 8 sentyabr. TELEQRAF

Almaniya təmsilçisi “Bavariya”dan ayrılaraq İngiltərənin “Aston Villa” klubuna keçən Leon Qoretskanın yeni komandasında debütü təxirə düşüb.

Teleqraf xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi səhhətində yaranan problem səbəbindən yaxın vaxtlarda meydana çıxa bilməyəcək.

Qoretska sosial şəbəkə hesabında vəziyyəti ilə bağlı açıqlama verib:

“Təəssüf ki, fasilədən sonra artan fiziki yükə orqanizmim reaksiya verdi. Bu, məyusedicidir, amma tam hazır vəziyyətə qayıtmaq üçün hazırda qısa fasiləyə ehtiyacım var. Qarşıdakı günlərdən, o cümlədən milli komandaların oyunları ilə bağlı fasilədən tam bərpa olunmaq üçün istifadə edəcəyəm. “Aston Villa” və sizin üçün mübarizə aparmağa, əlimdən gələni etməyə hazır şəkildə qayıdacağam. Yenidən meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Qoretska ötən mövsüm Almaniyanın “Bavariya” klubunun heyətində keçirdiyi 48 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin 2026-cı il dünya çempionatında Almaniya millisinin 3 oyununda iştirak edib.