BAKI, 7 iyul. TELEQRAF

Futbol üzrə dünya çempionatında İspaniya millisi 1/4 finala yüksəlib.

Teleqraf xəbər verir ki, Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin oyununda ispanlar Portuqaliyanı 1:0 hesabı ilə məğlub ediblər.

Qarşılaşmanın 90+6-cı dəqiqəsində Mikel Merino dəqiq zərbə ilə fərqlənərək komandasını növbəti mərhələyə yüksəldib.

Qeyd edək ki, İspaniya 1/4 finalda ABŞ – Belçika cütünün qalibi ilə üz-üzə gələcək.

***
00:55

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində keçirilən Portuqaliya – İspaniya qarşılaşmasında hesab açılıb.

Teleqraf xəbər verir ki, Dallas stadionunda keçirilən oyununda qolu 90+5-ci dəqiqədə ispanların futbolçusu Mikel Merino vurub.

***

00:08

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində keçirilən Portuqaliya – İspaniya qarşılaşmasında ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, Dallas stadionunda keçirilən oyunun ilk 45 dəqiqəsində hesab açılmayıb.

Qarşılaşmanı İngiltərədən olan baş hakim Entoni Teylor idarə edir.

***
23:51

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində keçirilən Portuqaliya – İspaniya qarşılaşmasının ilk hissəsi başa çatıb.

Teleqraf xəbər verir ki, Dallas stadionunda keçirilən oyunun ilk 45 dəqiqəsində tərəflər hesabı aça bilməyiblər.

Beləliklə, komandalar fasiləyə 0:0 hesablı bərabərliklə yollanıblar.

Qarşılaşmanı İngiltərədən olan baş hakim Entoni Teylor idarə edir.

***
23:00
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya - İspaniya oyunu start götürüb.

Teleqraf xəbər verir ki, görüş Dallas stadionunda keçirilir.

Matçı İngiltərədən olan baş hakim Entoni Teylor idarə edir.