BAKI, 4 iyul. TELEQRAF

İngiltərə millisinin futbolçularına DÇ-2026-nın 1/8 finalında Meksika ilə oyundan əvvəl yuxu dərmanları təklif olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Komanda rəhbərliyi meksikalı azarkeşlərin oyun ərəfəsində futbolçuların qaldığı otelin qarşısında səs-küy salaraq onların yuxusuna mane ola biləcəyindən narahatdır. Daha əvvəl KİV-də Meksika azarkeşlərinin Ekvador millisi ilə oyundan əvvəl rəqib komandanın oteli yaxınlığında fişənglər buraxdığı barədə xəbərlər yayılmışdı.

Bu səbəbdən İngiltərə millisinin əməkdaşları futbolçular üçün yuxu dərmanları, qulaq tıxacları, göz maskaları və ağ səs (white noise) generatorları gətiriblər. Bu vasitələr futbolçuların rahat yatması üçün onların istifadəsinə veriləcək.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın 1/8 final mərhələsində Meksika ilə iyulun 5-də üz-üzə gələcək.