BAKI, 4 iyul. TELEQRAF
Kabo-Verde millisinin qapıçısı Vozinya 2026-cı il dünya çempionatında Argentina ilə keçirilən oyundan sonra sosial şəbəkələrdə ən populyar qapıçıya çevrilib.
Teleqraf xəbər verir ki, mundialın 1/16 final mərhələsində Mayami şəhərində (ABŞ) baş tutan qarşılaşmada Argentina əlavə vaxtda Kabo-Verdeni 3:2 hesabı ilə məğlub edib.
Matçdan sonra Vozinyanın sosial şəbəkələrdə izləyici sayı 20 milyonu ötüb. Bununla da o, 18 milyon izləyicisi olan Belçika millisinin və İspaniyanın “Real Madrid” klubunun qapıçısı Tibo Kurtuanı geridə qoyaraq sosial şəbəkələrdə ən çox izlənilən qapıçı olub.
Qeyd edək ki, Argentina millisi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misir yığması ilə qarşılaşacaq.