BAKI, 18 iyun. TELEQRAF
"Zirə" 2026/2027 mövsümü üçün hazırlıq planını açıqlayıb.
Teleqraf xəbər verir ki, Bakıda hazırlıq keçən Rəşad Sadıqovun komandası iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək.
"Qartallar" iyunun 20-də saat 18:00-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.
25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək "Zirə" burada iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları haqqında məlumat veriləcək.