BAKI, 3 iyun. TELEQRAF

“Qarabağ”ın və Gürcüstan millisinin sabiq futbolçusu Caba Dvali 41 yaşında dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın “Zestafoni” klubu yayıb.

Bildirilib ki, sabiq hücumçunun ürək problemləri olub. O, son günlərdə mürəkkəb əməliyyat keçirsə də, ikinci dəfə ürək tutması nəticəsində vəfat edib.

Gürcüstan millisinin sabiq üzvü son olaraq “Zestafoni” klubunda baş direktor vəzifəsində çalışırdı.

Qeyd edək ki, 2014-cü ildə icarə əsasında “Qarabağ”da çıxış edən gürcü futbolçu Ağdam klubunun heyətində 5 oyuna çıxıb. Dvali ölkə çempionatının ən məhsuldar hücumçularından biri hesab olunurdu. O, karyerası ərzində bir sıra klublarda çıxış edib, ən uğurlu illərini isə “Zestafoni” və Tbilisi “Dinamo”sunda keçirib.