BAKI, 13 aprel. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubu İspaniya təmsilçisi “Malyorka”nın futbolçusu Vedat Muriqini yenidən komandaya qaytara bilər.
Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun komandası mövsümün sonunda aşağı liqaya düşərsə, onun ayrılması qaçılmaz olacaq.
“Malyorka” La Liqada qalacağı təqdirdə isə tərəflər arasında bonservis danışıqları yenidən gündəmə gələcək. Yenidən Türkiyəyə dönmək istəyən Muriqi də klubundan ayrılmaq niyyətindədir.
Xatırladaq ki, qış transfer pəncərəsində tərəflər razılığa gəlsə də, “Malyorka”nın icazə verməməsi səbəbindən keçid baş tutmamışdı. Muriqi 2019-2020-ci illərdə “Fənərbağça”nın formasını geyinib.
Kosovalı futbolçu cari mövsüm La Liqada 29 oyunda 19 qol vurub və bombardirlər siyahısında Kilian Mbappedən sonra ikinci pillədə qərarlaşıb.