BAKI, 10 aprel. TELEQRAF
İspaniya təmsilçisi “Barselona”nın polşalı futbolçusu Robert Levandovskinin karyerasını İtaliyanın “Milan” klubunda davam etdirə bilər.
Teleqraf “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 38 yaşlı futbolçunun agentləri onu A Seriyası təmsilçisinə təklif edib.
Təcrübəli futbolçu yayda “Barselona” ilə müqaviləsinin başa çatdıqdan sonra azad agent kimi transfer oluna bilər. Bu isə “Milan” üçün əlavə üstünlük sayılır.
Bununla belə, Levandovskinin yüksək maaşı transferin reallaşmasını çətinləşdirən əsas amillərdən biridir. İtaliya klubu maliyyə imkanlarını dəyərləndirdikdən sonra yekun qərar verəcək.
Həımçinin, Levandovski ilə “Yuventus”un da maraqlandığı iddia edilir.
Qeyd edək ki, Levandovski cari mövsümdə “Barselona”nın heyətində 39 oyunda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.