BAKI, 8 aprel. TELEQRAF
İngiltərənin “Arsenal” klubunun futbolçusu Maks Douman UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, 16 yaş 97 günlüyündə olan futbolçu buna 1/4 final mərhələsinin ilk oyununda “Sportinq”ə qarşı keçirilən görüşdə (1:0) meydana çıxaraq nail olub.
Qarşılaşmanın 76-cı dəqiqəsində meydana daxil olan yarımmüdafiəçi turnirin pley-off mərhələsində oynayan ən gənc futbolçu olub.
Qeyd edək ki, Douman 2025/2026 mövsümündə bir neçə rekorda imza atıb. O, mart ayında “Arsenal”ın “Everton” üzərində qələbəsində (16 yaş 73 günlüyündə) fərqlənərək Premyer Liqa tarixinin ən gənc qol müəllifi olaraq 2005-ci ildəki rekordu qırıb.
Mövsümün əvvəlində isə Douman 15 yaş 308 günlüyündə “Slaviya Praqa”ya qarşı oyunda Çempionlar Liqasında iştirak edən ən gənc futbolçu kimi tarixə düşüb. O, həmçinin “Arsenal” tarixində ən gənc əsas heyət oyunçularından biri və Premyer Liqada çıxış edən ən gənc futbolçu sayılır.