BAKI, 7 aprel. TELEQRAF
Almaniyanın “Hoffenhaym” klubu Türkiyə millisinin üzvü Ozan Kabakla yayda başa çatacaq müqaviləni yeniləmək üçün danışıqlara başlayıb.
Teleqraf "Sky Sport"a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi müdafiəçi ilə yaxın günlərdə növbəti görüşlər keçirəcək.
Yeni anlaşmanın 2030-cu ilə qədər qüvvədə olacağı, həmçinin 2027-ci ildən etibarən qüvvəyə minəcək sərbəstqalma maddəsinin də yer alacağı qeyd olunur. Lakin hələlik yekun razılıq əldə olunmayıb.
Transfermark portalı futbolçunun bazar dəyərini 10 milyon avroya olaraq qiymətləndirir.
Qeyd edək ki, Ozan Kabak cari mövsüm Bundesliqada 20 oyunda 4 qol vurub. Futbolçu 2022-ci ildən klubun formasını geyinir. “Hoffenhaym” hazırda Bundesliqada 5-ci pillədə qərarlaşıb. Komanda ilk “4-lük”də yer alacağı halda UEFA Çempionlar Liqasına vəsiqə qazanacaq. Mövcud mövqeyini qoruyacağı təqdirdə Avropa Liqasında, 6-cı pilləyə geriləyəcəyi halda isə Konfrans Liqasında çıxış edəcək.