BAKI, 19 mart. TELEQRAF
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Noa Lanqın Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"a qarşı keçirilən cavab oyununda (0:4) aldığı ağır zədə ilə bağlı UEFA-ya şikayət ünvanlayıb.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, hadisə oyunun sonlarında, Lanqın top uğrunda mübarizə zamanı əlinin stadiondakı reklam çəpərlərin arasına sıxılması nəticəsində baş verib.
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, futbolçunun barmaq falanqası qismən qopub. Güclü qanaxma və dözülməz ağrılar içində meydanı xərəkdə tərk edən niderlandlı yarımmüdafiəçi dərhal xəstəxanaya çatdırılıb.
"Qalatasaray"ın baş katibi Eray Yazqan məsələ ilə bağlı UEFA nümayəndələrinə müraciət etdiklərini bildirib: "Hüquqşünaslarımızla məsləhətləşirik və UEFA-dan təzminat tələb edəcəyik. Futbolçularımızın sağlamlığı bizim üçün prioritetdir. Tələbimiz yerinə yetirilməsə, məhkəməyə müraciət edə bilərik".