BAKI, 19 mart. TELEQRAF
Türkiyənin "Qalatasaray" klubunun nigeriyalı futbolçusu Viktor Osimhenin qolu sınıb.
Teleqraf xəbər verir ki, bu barədə Superliqa təmsilçisi məlumat yayıb.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərədə "Liverpul"a 0:4 hesabı ilə uduzduqları matçda zədələnən 27 yaşlı hücumçunun qoluna gibs qoyulub.
Bundan əlavə, "sarı-qırmızılar"ın digər oyunçusu Noa Lanqın sağ barmağında ciddi kəsik aşkarlanıb. O, Liverpul şəhərində qarşıdakı saatlarda əməliyyat olunacaq.
Qeyd edək ki, “Qalatasaray” "Liverpul"a iki oyunun nəticəsinə görə “Liverpul”a 1:4 hesavı ilə uduzaraq UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.