BAKI, 17 mart. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubu qış fasiləsində Almaniyanın “Bavariya” klubundan icarəyə götürdüyü Saşa Boeylə yeni mövsümdə də yola davam edəcək.

Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi 25 yaşlı müdafiəçini mövsüm sonunda müqaviləsində yer alan satınalma şərtini aktivləşdirəcək.

Sözləşmədə 15 milyon avro nəzərdə tutulsa da, Bundesliqa klubu Boeyi 10 milyon avro səviyyəsində bir məbləğə göndərməyə hazırdır. Bu məbləğ isə "sarı-qırmızılılar” üçün uyğundur.

Qeyd edək ki, “Qalatasaray” Saşa Boeyi 2023/2024 mövsümündə 30 milyon avro qarşılığında “Bavariya”ya satmışdı. Fransız futbolçu cari mövsüm “Qalatasaray” forması ilə 10 oyuna çıxaraq 2 qol vurub.