BAKI, 16 mart. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubu Braziliyanın “Atletiko Paranaense” komandasının argentinalı futbolçusu Bruno Zapellini transfer etmək istəyir.

Teleqraf “UOL Esporte”yə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün Braziliya klubuna rəsmi təklif göndərib.

“Atletiko Paranaense” Zapellinin transferi üçün ilkin olaraq təxminən 15 milyon avro tələb edir.

Qeyd edək ki, Bruno Zapelli 2023-cü ildə təxminən 4 milyon avro qarşılığında “Belqrano”dan “Atletiko Paranaense”yə transfer olunub. Futbolçunun hüquqlarının 50 faizi hələ də keçmiş klubuna məxsusdur və mümkün transfer baş tutacağı halda Argentina təmsilçisi də bu keçiddən pay alacaq. Onun müqaviləsi 2028-ci ilə qədərdir.

23 yaşlı yarımmüdafiəçi klub karyerası ərzində 238 oyunda 17 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.