BAKI, 15 mart. TELEQRAF

Avropa çempionu İspaniya ilə Amerika Kubokunun qalibi Argentina milliləri arasında keçirilməsi planlaşdırılan “Finalissima” baş tutmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

İlkin plana əsasən, qarşılaşma martın sonunda Qətərdə keçirilməli olsa da, Yaxın Şərqdə hərbi münaqişənin kəskinləşməsi səbəbindən oyunun təxirə salınmasına qərar verilib.

UEFA-nın açıqlamasına görə, Argentina millisi matçın Madridin “Santyaqo Bernabeu” stadionunda keçirilməsi variantını qəbul etməyib. Həmçinin Madrid və Buenos-Ayresdə iki oyunluq qarşılaşma variantını razılaşdırmaq və martın 27 və ya 30-da Avropada alternativ stadion tapmaq mümkün olmayıb.