BAKI, 9 mart. TELEQRAF
Yanvarda “Real Madrid”in baş məşqçisi postundan ayrılan Xabi Alonso karyerasını “Liverpul”da davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə OK Diario nəşri məlumat yayıb.
İddiaya görə, 44 yaşlı mütəxəssis “Liverpul”un ona göndərdiyi təklifə artıq razılıq verib. Lakin onun İngiltərə klubuna keçidi komandanın Çempionlar Liqasındakı nəticəsindən asılı olacaq.
Belə ki, əgər Arne Slotun rəhbərlik etdiyi kollektiv mərhələ adlasa, klub rəhbərliyi niderlandlı mütəxəssisi vəzifəsində saxlayacaq və Alonso ilə bağlı planını təxirə salacaq.
Qeyd olunur ki, buna görə də ispaniyalı mütəxəssis Çempionlar Liqasının 1/8 finalında “Liverpul”un “Qalatasaray”la keçirəcəyi oyunları diqqətlə izləyəcək. Hazırda “Liverpul” Premyer Liqada 6-cı pillədə qərarlaşıb.