BAKI, 7 mart. TELEQRAF

Türkiyə Superliqasının XXV turu çərçivəsində “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.

Teleqraf xəbər verir ki, “Tüpraş” stadionunda keçirilən İstanbul derbisi “sarı-qırmızılar”ın 1:0 hesablı qələbəsi ilə bitib.

Matçda yeganə qolu 39-cu dəqiqədə Viktor Osimhen vurub.

Qonaqların vingeri Leroy Sane qarşılaşmanın 62-cı dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bununla da “Qalatasaray” xallarının sayını 61-ə çatdıraraq liderliyini möhkəmlədib. “Beşiktaş” 46 xalla dördüncüdür.