BAKI, 5 mart. TELEQRAF
Türkiyə təmsilçisi “Beşiktaş” Rusiyanın ÇSKA klubunun futbolçusu Matvey Kislyakı transfer siyahısına daxil edib.
Teleqraf VOLE nəşrinə istinadən xəbər verir ki, “qara-ağlar”ın nümayəndələri 20 yaşlı yarımmüdafiəçini Rusiyada keçirilən matçlarda yaxından izləyib.
Bildirilir ki, “Beşiktaş” gənc yarımmüdafiəçini bundan əvvəl də bir neçə dəfə izləyib. Rusiyanın ən istedadlı gənc futbolçularından sayılan oyunçunun adı daha əvvəl “Fənərbağça” ilə də hallandırılıb.
Qeyd edək ki, Matvey Kislyak ÇSKA-nın yetirməsidir. 20 milyon avro dəyərində qiymətləndirilən futbolçu Rusiya Premyer Liqasının ən bahalı oyunçularından biridir. O, Rusiya millisində 7 oyuna, ÇSKA-nın əsas komandasında isə 71 matça çıxıb, 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.